Bu ölkədə temperatur 52,3 dərəcəyə yüksəldi - 3 NƏFƏR ÖLDÜ - FOTO

Hindistanın şimal və mərkəzi hissələrində yerləşən şəhərlərdə anomal istilər hökm sürür.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, Delhidə 52,3 dərəcə istilik qeydə alınıb.

Bu Hindistanda indiyə qədər qeydə alınan ən yüksək temperaturdur.
Ölkənin 37-dən çox şəhərində isə 45 dərəcə isti var. İndiyə qədər anomal istilər nəticəsində 3 nəfər vəfat edib.

Hindistanən Hidrometeoroloji Proqnozlar Bürosundan Soma Sen Royun verdiyi açıqlamaya əsasən, 52,3 dərəcə istiliyin Delhinin Mungeshpur adlı bölgəsində qeydə alınıb.
Onun sözlərinə görə ölkənin bəzi bölgələrində temperatur 45,2 - 49,1 dərəcə arasında dəyişir.

Oxşar xəbərlər
Bu ölkədə istilər 61 nəfərin həyatına son qoydu
Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb. BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir. Havanın temper...