Hindistanda körpü uçdu: Çox sayda ölən var - VİDEO

Hindistanda körpü uçdu: Çox sayda ölən var - VİDEO
Video
Siyasət 0

Hindistanın Mizoram ştatında Sairanq qəsəbəsi yaxınlığında tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində 17 işçi həlak olub.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Bölgəyə xilasedicilər və sağlamlıq qrupları cəlb edilib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Hindistan mediası dağıntı zamanı ərazidə təxminən 35-40 işçinin olduğunu bildirib.

Qeyd edək ki, Ötən ilin oktyabrında Hindistanın Qucarat ştatının Morbi şəhərində köhnə asma körpünün uçması nəticəsində 135 nəfər həlak olmuşdu.

Son xəbərlər