Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 24-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...