Hikmət Hacıyev: "Zəngəzurdan keçən dəhlizin açılışı Orta Dəhlizin imkanlarını genişləndirəcək"
Çin və Azərbaycan sıx əməkdaşlıq edirlər".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Çin Qlobal Cənub ölkələri üçün texnoloji əlçatanlığı təmin edir. Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artıb və bu, son hədd deyil:
"Azərbaycan və Çin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını daha da inkişaf etdirməyə davam edəcək. Hazırda bu əməkdaşlıq süni intellekt, bərpaolunan enerji və rəqəmsal transformasiya sahələrini də əhatə edir".
Orta Dəhlizin potensialına toxunan Prezidentin köməkçisi vurğulayıb ki, Çin-Azərbaycan əməkdaşlığı bu dəhlizdən daha səmərəli istifadəyə imkan yaradacaq. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sülh sazişində nəzərdə tutulan və Zəngəzurdan keçəcək dəhlizin açılması da Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək.
Oxşar xəbərlər
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Bu barədə BAKU...