Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edib
14
yan
2026
17:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna səfiri "X" hesabında bildirib.
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq", - Ukrayna səfiri qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...