Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellekt artıq reallığa çevrilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunda vaxtilə süni intellekt mövzusu müzakirə olunurdu:
"Həmin vaxt süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...