Hikmət Hacıyev: "Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük"
"Ölkələrimiz arasında tarixi, mədəni, mənəvi əlaqələr var".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
"Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını biz bariz şəkildə görürük. Cənab Prezidentin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir".
Oxşar xəbərlər
Tofiq Musayev: Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir
Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yanında d...