Hikmət Hacıyev Naxçıvan-Mehri kommunikasiya xəttindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.
BAKU.WS xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev həmçinin deyib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.
"Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və bütün regionun geniş bir mənada geosiyasətinin dəyişdirilərək əməkdaşlığa və işbirliyinə doğru inkişaf etdirilməsidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...