Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb
Foto
Siyasət 45

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanışlıq zamanı baş tutub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.

Son xəbərlər