Hikmət Hacıyev Buxaradan paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.
Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə o, paylaşımda qeyd edilib.
Qarabağdan Buxaraya uzanan bir elm yolu…
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 24, 2026
XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana… pic.twitter.com/JlU0yp2XYn
Oxşar xəbərlər
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxaraya gəliblər
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəl...