Hikmət Hacıyev: "Biz Cənubi Qafqazda yeni reallıqları və yeni status-kvonu qururuq"
"Hər iki tərəf bilir ki, sülh dağa qalxmaq kimi çətindir və biz çox səy göstərməliyik".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində bildirib.
Hikmət Hacıyev ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə edilmiş razılaşmanın Cənubi Qafqaz regionunda qanunu və hüququ, həmçinin beynəlxalq hüququn rəhbər prinsiplərini təmin edəcəyini vurğulayıb:
"Biz ədalətli sülhə əsaslanaraq, Cənubi Qafqaz regionunda yeni reallıqları və yeni status-kvonu qururuq".
O, son zamanlar bir çox sülh razılaşmalarının uğursuz olduğunu söyləyib. Çünki onun fikrincə, saziş imzalandıqdan sonra tərəflər "komfort zonası"na" düşürlər:
"Ermənistan və Azərbaycan belə bir vəziyyətdən qaçmağa çalışırlar".
H.Hacıyev, həmçinin bildirib ki, Bakı və İrəvan rəsmiləri müxtəlif kanallar vasitəsilə müntəzəm əlaqədədirlər və iki ölkə arasındakı razılaşmaların tam həyata keçirilməsi üçün səylə çalışırlar.
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Taker Karlsona dedim ki, Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin"
"Region (Cənubi Qafqaz - red.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəst...