Hikmət Hacıyev Belarus səfirini qəbul edib
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belarus səfirini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin "X" platformasındakı paylaşımında bildirilib.
"Diplomatik fəaliyyətinin başa çatması münasibətilə Belarus səfiri Andrey Ravkov Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ilə görüşüb", - deyə paylaşımda qeyd edilib.
Paylaşımı təqdim edirik:
Diplomatik fəaliyyətinin başa çatması münasibətilə 🇧🇾 Səfiri Andrey Ravkov 🇦🇿Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ilə görüşüb. pic.twitter.com/WWM62q4syI
— Belarus Embassy in Baku (@bel_embassy_az) January 24, 2025
Oxşar xəbərlər
Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. BAKU....