Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistanla sülh danışıqlarını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir".
"Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - H.Hacıyev əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...