Hikmət Hacıyev: "Bakı Qəzzaya sülhməramlıların göndərilməsi ilə bağlı qərar qəbul etməyib"
"ABŞ rəsmilərinin açıqlamalarına baxmayaraq, Azərbaycan Qəzza zolağındakı beynəlxalq sülhməramlı kontingentdə iştirak etməklə bağlı yekun qərar qəbul etməyib".
BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə müsahibəsində rəsmi Bakının bu cür təşəbbüslərə ehtiyatla yanaşdığını bildirib.
O qeyd edib ki, qeyri-müəyyən mandat səbəbindən ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən atəşkəs planı çərçivəsində missiyada iştirak etmək Azərbaycan üçün çətin olacaq.
Prezident köməkçisinin sözlərinə görə, Vaşinqton həqiqətən də Azərbaycan qoşunlarının "Beynəlxalq Sabitləşdirmə Qüvvələri"nə daxil edilməsi təklifi ilə Bakıya müraciət edib, lakin hələlik yekun qərar qəbul edilməyib.
H.Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsində güc tətbiqi qaydaları və ya missiyanın mandatının əhatə dairəsi ilə bağlı dəqiq müddəalar yoxdur.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uols Azərbaycan və İndoneziya kimi ölkələrin artıq beynəlxalq kontingentin bir hissəsi olaraq Qəzzaya qüvvələrini göndərməyə razılıq verdiyini bildirmişdi.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5...