Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynadakı humanitar böhranı görürük və Azərbaycan tərəfindən humanitar yardımlar davam edir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
“Cənab Prezidentin tapşırığına əsasən, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb.
Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib.
Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir”, - deyə H.Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...