Hikmət Hacıyev: "Azərbaycanın cari gündəliyi - müharibədəki qələbədən Cənubi Qafqazda sülhün qazanılmasına keçiddir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibə verib.
BAKU.WS xəbər verir ki, diplomat müsahibənin linkini özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Materialda qeyd olunur ki, Hacıyev Brüsseldəki Azərbaycan Respublikasının səfirliyində keçirilən brifinq zamanı Avropa İttifaqı ilə əlaqələr, enerji və regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq barədə Bakının mövqeyini təqdim edib.
Həmçinin diplomat Azərbaycanın cari gündəliyini Cənubi Qafqazda müharibədəki qələbədən sülhün qazanılmasına (from winning the war to winning the peace) keçid kimi xarakterizə edib.
AZERBAIJAN’S ‘WINNING THE PEACE’ AGENDA IN BRUSSELShttps://t.co/RgeXBKC4Nm
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 1, 2025
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...