Hikmət Hacıyev: “Azərbaycan öz imkanları daxilində beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturunun təhlükəsizliyini təmin edir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikası öz imkanları çərçivəsində beynəlxalq əhəmiyyətli iri neft-qaz infrastrukturunun təhlükəsizliyini təmin edir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Eyni zamanda, müvafiq tərəf müqabilləri və layihələrdə iştirak edən xarici şirkətlərlə də bu infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılır. Lakin hər hansı üçüncü bir tərəfin burda təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”, - deyə H. Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...