Hikmət Hacıyev: "Azərbaycan mediası ölkənin obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır"
"Prezidentin iki saat yarımdan artıq dünyanın 50-dən çox ölkəsindən təmsil olunan jurnalistlərin suallarını açıq-aydın cavablandırması Azərbaycana qarşı aparılan dezinformasiya cəbhəsinin yarılması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacib komponentlərindən biridir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib.
O, bu məsələdə Azərbaycan mediasının rolundan da söz açıb:
"Azərbaycan mediası ölkənin milli maraqlarından çıxış edərək kampaniyaların qarşısında sipər rolunu oynayır, Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bu gün kontent yaradıcılığı və istehsalı baxımından mediamızın göstəriciləri əsaslı dərəcədə artıb. Bu təkcə Azərbaycan dilinə yox, digər dillərə də şamil edilir. Son dövrlər mediamızda "fact check" yanaşmaları da artıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları ifşa edən yanaşmalar da əsaslı dərəcədə artıb. Ancaq bu, sonu olmayan bir mübarizədir və daim əsaslı şəkildə məsələlərdən agah olmalıyıq".
Oxşar xəbərlər
ATƏT XİN Şurası: Cənubi Qafqazda sülh prosesi - başa çatan ilin ən vacib hadisəsidir
Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesi...