Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə COP29-u müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ rəsmisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və uğurlu COP29-u müzakirə etmək üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım”, - dövlət katibinin müavini qeyd edib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...