HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
"Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevavə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Həssas əhali qr...
