Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə Fərmanın 1-ci hissəsinin “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və “Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...