Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib - FOTO
Foto
Siyasət 25

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün avqustun 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Oxşar xəbərlər

Son xəbərlər