Hərbi xidmətdə dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsi təklif edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, deputat komitənin bugünkü iclasında çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb.
O, təkliflərini Milli Məclisə təqdim etdiyini də bildirib:
“Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəzifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu mənim təklifimdir və çox həssas məsələdir”.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...