Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb - QƏRAR
06
fev
2024
10:57
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitinmaliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...