Hərbi Komandanlıq mülki əhaliyə MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.
Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq.
Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...