Hərbi dənizçilər "Dəniz kuboku" müsabiqəsində növbəti epizodu yerinə yetiriblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib.
Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.
Qalereya
Oxşar xəbərlər
Hərbi dənizçilərimiz "Dəniz kuboku" müsabiqəsində növbəti epizodun qalibi olublar - VİDEO
İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi davam edir. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, mü...