Hərbçilərimizin Vətən müharibəsində məhv etdiyi ermənilərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin “Antifake.am”ın sorğusuna cavabında bildirilir.
Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.
“25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır.
Oxşar xəbərlər
Şuşada tapılan “İsgəndər-M”in qalıqları DÜNYA MEDİASINDA - FOTO
Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının mar...