Hərbçilərimiz Pakistandakı hərbi parada qatılacaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Pakistanın milli bayramı münasibətilə hərbi parad keçiriləcək.
BAKU.WS "modern.az"a istinadən xəbər verir ki, Pakıstanın hökumət radiosunun yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaqlar.
Xəbərdə deyilir ki, Baş nazir İmran Xan dünən bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Baş nazir deyib ki, o, Pakistan ilə Azərbaycan arasında qardaş münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.
Baş nazir Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəklə bağlı minnətdarlığını bildirib.
Zakir Həsənov İmran Xana Prezident İlham Əliyevin salamlarını çatdırıb.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Pakistan açıq şəkildə Azərbaycana dəstək verib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...