Hərb tarixində ilk: Azərbaycanın tarix yazdığı taktika - 44 günün başlanğıcı

Hərb tarixində ilk: Azərbaycanın tarix yazdığı taktika - 44 günün başlanğıcı
Video
Siyasət 48

27 sentyabr illərdir gözlənilən "irəli" əmrinin verildiyi gündür. Həmin gün var qüvvəsi ilə döyüşən Azərbaycan əsgərləri heç bir çətinliyə baxmayaraq, "dayan" əmrini eşitməmək üçün dua edirdilər.

İlk gün verilən "irəli" əmri igidlərimizin döyüş meydanında göstərdikləri şücaətin başlanğıcı olub.

Hərbi ekspert Ədalət Verdiyev müharibənin başlanmasının Azərbaycanın iradəsindən asılı olmadığını, bunun düşmənin təxribatına verilən cavab olduğunu bildirib. 12 iyulda Tovuzda baş vermiş erməni təxribatı nəticəsində general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olması xəbərini Azərbaycan xalqı ağrı ilə qarşıladı. Bu hadisələrdən sonra belə düşmən təxribata son qoymadı.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın sentyabrın 26-da ərazilərimizi atəşə tutması, mülki vətəndaşların və ön xətdə xidmət edən hərbçilərin şəhid olması müharibəyə cəlb olunma prosesini sürətləndirib:

"Heç cürə inana bilməzdim ki, Azərbaycan dövləti Polad Həşimovun şəhid olmasını cavabsız buraxar. Ermənistan daha ciddi itkilərə məruz qalmalı idi. Bu, gec-tez olacaqdı".

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər