“Hər gün 60-100 hərbçimizi itiririk” - Zelenski

01
iyn
2022
08:37
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın gündəlik canlı qüvvə itkisini açıqlayıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, əməliyyatlar zamanı gündəlik döyüş itkiləri təxminən 60-100 ölü və 500-ə yaxın yaraladır.
“Ölkənin şərqində vəziyyət çox çətindir. Biz hər gün döyüşdə 60-100 hərbçi itiririk və 500-ə yaxın yaralımız olur”, - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski Ukrayna ordusunun itkilərini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək ordunun itkilərini açıqlayıb. BAKU.WS-in məlumatına görə, o, bu barədə CNN-ə müs...
