HƏMAS yaraqlılarının İsrailə hücumu zamanı bəzi şok faktlar ÜZƏ ÇIXDI
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS yaraqlıları oktyabrın 7-də İsrailin dinc şəhərlərinə hücumu zamanı şəhərlərin və hərbi bazaların ətraflı xəritələrinə sahib olublar.
BAKU.WS xəbər verir ki, bu barədə "Wall Street Journal"ın məlumatında deyilir.
Nəşr hücumların baş verdiyi yerlərdə və öldürülən yaraqlıların əşyalarından tapılan sənədlərlə tanış olub.
Bundan əlavə, bəzi HƏMAS üzvləri İsrail ordusunun zirehli texnikasının zəif yerlərini göstərən taktiki təlimatlar daşıyıblar.
Bütün təlimatlar ərəb dilində yazılıb və hücumun yüksək səviyyədə planlaşdırılmasından və geniş miqyasda kəşfiyyat məlumatlarının toplanmasından xəbər verir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə hücum edib. Onlar insanları girov götürüb, bir neçə yüz dinc sakini öldürüblər.
Oxşar xəbərlər
HƏMAS-dan gözlənilməz həmlə: İsrail harada səhv etdi? - FOTO
HƏMAS-ın yaraqlıları tərəfindən həyata keçirilən İsrail hücumunun necə bu qədər koordinasiyalı və əhatəli ola biləcəyi beynəlxalq mətbuatın müzakirə mövzularınd...