HƏMAS və İsrail arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb
24
noy
2023
10:14
HƏMAS və İsrail arasında əldə olunan razılaşma əsasında Qəzzaya hücumlar müvəqqəti dayandırılıb, əsir mübadiləsi üçün 4 günlük humanitar fasilə başlayıb.
Tərəflər arasındakı razılaşmaya əsasən, HƏMAS İsrailin azad edəcəyi 150 fələstinli məhbus müqabilində 50 girovu sərbəst buraxacaq.
Qətər Xarici İşlər Nazirliyi atəşkəsin bu gün səhər 08:00-da başladığını açıqlayıb. İsrail tərəfinə 13 məhbusdan ibarət ilk qrup saat 17:00-da Qəzzadan göndəriləcək.
Razılaşmaya əsasən, hər gün Qəzza zolağına 200 yardım və 4 yanacaq daşıyan maşının daxil olmasına icazə veriləcək.
Oxşar xəbərlər
İsrail və HƏMAS arasında RAZILAŞMANIN DETALLARI
Fələstinin HƏMAS təşkilatı ilə İsrail arasında 4 günlük atəşkəs və əsir mübadiləsi mövzusunda razılaşma əldə olunub. BAKU.WS xəbər verir ki, tərəflər arasında...