HƏMAS ilk dəfə girovlardan birinin görüntülərini yayıb - VİDEO

HƏMAS ilk dəfə girovlardan birinin videosunu yayıb. Burada “Nature Party” festivalında silahlı şəxslər tərəfindən qaçırılan 21 yaşlı Mia Şem əks olunub.
Video yaraqlıların ötən gecə Aİ ölkələrində bloklanan “Telegram” kanalında yayılıb. Kadrlarda Mia qolundan güllə yarası aldığını və Qəzza zolağında xəstəxanada əməliyyat olunduğunu deyir.
“Mənə baxırlar, dərman verirlər, hər şey qaydasındadır. Sadəcə xahiş edirəm ki, məni tez bir zamanda evə, valideynlərimin, bacı-qardaşlarımın yanına aparsınlar. Məni buradan mümkün qədər tez çıxarın. Zəhmət olmasa,” o deyir.
Videonun nə vaxt və hansı şəraitdə çəkildiyi məlum deyil.
“The Jerusalem Post” qeyd edir ki, lent yazısının həqiqiliyini müəyyən etmək mümkün deyil. Artıq Mia Şemin ailəsi videoda məhz onun olduğunu təsdiqləyib.//oxu.az
Oxşar xəbərlər
HƏMAS 250 nəfəri girov saxlayır
Qəzza zolağında 200-250 və daha çox şəxs girovluqda saxlanılır. BAKU.WS xəbər verir ki, bu HƏMAS silahlı qrupunun bəyanatında öz əksini tapıb. Girovların 200-...
