HƏMAS "Əqsa tufanı" əməliyyatı zamanı İsrail kəşfiyyatını belə aldadıb - ŞOK FAKTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi "Əqsa tufanı" əməliyyatı ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.
BAKU.WS xəbər verir ki, İsrail mətbuatı HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl İsrail kəşfiyyatını 18 ay ərzində kor etdiyini və aldatdığını iddia edib.
HƏMAS bu müddət ərzində qəsdən məşq videoları paylaşıb.
İsrailin "Walla" portalı yazıb ki, HƏMAS oktyabrın 7-dən əvvəl üzvlərinin təlimləri ilə bağlı məlumat və videoları bilərəkdən paylaşıb. Bununla da İsrail kəşfiyyat xidmətlərinə müntəzəm təlimlər keçirməsi barədə istiqamət verib. Belə olan təqdirdə İsrailin yüksək rütbəli komandirləri və kəşfiyyatı təhlükəni minimum görüb.
İsrail kəşfiyyatı həmçinin HƏMAS üzvlərinin atəş halqasından tullanması, yerdə yuvarlanması, motosiklet və avtomobildən tullanması ilə bağlı görüntüləri qeyri-peşəkar təlim kimi qiymətləndirib.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...