HƏMAS 14 azərbaycanlını əsir götürüb? - RƏSMİ AÇIQLAMA

HƏMAS 14 azərbaycanlını əsir götürüb? - RƏSMİ AÇIQLAMA
Siyasət 6

Bu gün bəzi kütləvi informasiya vasitələrində 14 Azərbaycan vətəndaşının HƏMAS terror qruplaşması tərəfindən əsir götürülməsi iddiası yayılıb.

Qeyd olunub ki, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüb, 1 nəfər isə itkin düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, sözügedən iddia hələ öz təsdiqini tapmayıb. Səfirliyimiz araşdırma aparır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

HƏMAS 14 azərbaycanlını əsir götürüb? - RƏSMİ AÇIQLAMA

Son xəbərlər