Hellouin izdihamında ölənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.
“Diplomatik nümayəndəliyimizin əməkdaşları hadisə baş verəndən sonra Cənubi Koreyada, xüsusən də Seulda yaşayan Azərbaycan vətəndaşları ilə, habelə yerli səlahiyyətli qurumlarla davamlı əlaqədədir və məsələni nəzarətdə saxlayır. Səfirliyə daxil olmuş məlumatlara əsasən ölən, xəsarət alan və itkin düşmüş hesab olunanlar arasında Azərbaycan vətəndaşı yoxdur”,- deyə məlumatda bildirilib.
Qeyd edək ki, oktyabrın 29-u axşam saatlarında İtavon adlı ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliyində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...