Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.
Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.
Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Vətən Müharibəsində iştirak edən hərbi qulluqçular təltif edildi - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki,...