Havay adalarında 100 ilin ən dəhşətli faciəsi - ölü sayı durmadan artır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-in Havay ştatında bir neçə gündür davam edən meşə yanğınında ölənlərin sayı 99-a çatıb.
BAKU.WS xarici KİV-ə istinadın xəbər verir ki, bu, ölkədə son 100 ildə ən çox insan itkisi ilə nəticələnən meşə yanğını kimi tarixə düşüb.
Məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sistemindən heç biri işləməyib.
Havay Fövqəladə Hallar Agentliyinin sözçüsü Adam Ueintraub verdiyi açıqlamada bu sistemlərin heç birinin aktiv olmadığını bildirib.
Ueintraub, yanğınlar zamanı mobil telefonlara xəbərdarlıq mesajlarının göndərildiyini, radio və televiziya vasitəsilə xəbərdarlıq edildiyini, lakin elektrik olmadığı üçün bölgə əhalisinin bu xəbərdarlıqların heç birini ala bilmədiyini də vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Havayda meşə yanğınlarında ölənlərin sayı 93 nəfərə çatıb
Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb. Bu barədə Maui adasının hakimiyyət orqanının rəsmi saytı...