Havada elektrik dirəyi ilə toqquşan təyyarə alovlanıb magistral yola çırpıldı - ANBAAN VİDEO

Havada elektrik dirəyi ilə toqquşan təyyarə alovlanıb magistral yola çırpıldı - ANBAAN VİDEO
Video
Siyasət 5

Çilidə yanğını söndürmək üçün yola çıxan kiçik təyyarə, qanadlarından birinin elektrik dirəyinə dəyməsi nəticəsində alovlanıb və Talca Maule bölgəsinin cənubunda qəzaya uğrayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qəzada pilot həyatını itirib.

Məlumata görə, təyyarə magistral yola düşüb. Təyyarənin düşdüyü bölgədə 4 nəfər yaralanıb.

Qəza anının internetdə yayılan görüntülərində siren səsləri ilə tıxacın üzərindən uçan təyyarənin bir anda dirəyə çırpılaraq alovlanması və magistral yola düşməsi əks olunub.

Son xəbərlər