Hava limanında qayçı itdi, uçuşlar ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın "New Chitose" hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
BAKU.WS yapon mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo şəhərindəki "New Chitose" hava limanında mağazadan qayçı yoxa çıxıb.
Terminaldakı mağazadan qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat dayandırılıb və yüzlərlə sərnişin hava limanında qapalı qalıb.
Gediş salonundakı sərnişinlər yenidən təhlükəsizlik yoxlamalarından keçməli olublar, bu da böyük növbələr və sıxlıq yaradıb.
Səlahiyyətlilər itən qayçını ertəsi gün həmin mağazada tapıblar. Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: bəziləri hava limanını məsuliyyətli və təhlükəsiz olduğunu düşünsələr də, bəziləri bir qayçı üçün o qədər gözləməyi tənqid ediblər.
"New Chitose" Yaponiyanın ən işlək hava limanlarından biri kimi tanınır.
Qeyd edək ki, hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Oxşar xəbərlər
Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib
Rusiyanın paytaxtı Moskva şəhərinin Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 40-dan çox reys gecikib...