Hava daşımaları üzrə Əsasnamə və komissiyanın tərkibi təsdiqlənib

Hava daşımaları üzrə Əsasənamə və komissiyanın tərkibi təsdiqlənib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə"nin və "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur)
2. "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
Oxşar xəbərlər
Mehriban Əliyeva Roma Papası ilə görüşü barədə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb....
