"Harry Potter"in məşhur qəhrəmanının adı qarışqaya verildi - FOTO

"Harry Potter" filminin məşhur obrazlarından biri "Lord Voldemort"un adı yeni kəşf edilən qarışqa növünə verilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Leptanilla voldemort (L. Voldemort) adı verilən qarışqa çox kiçik bədən ölçüsünə malikdir.

Onun nazik ayaqları, iti çənəsi var. Rəngi isə açıq qəhvəyidir.

Qərbi Avstraliya universitetinin professoru Mark Uonq Pilbara bölgəsində tapılan bu qarışqanın xarici görünşünün eyni ilə Voldemorta bənzədiyini deyib:
"Bu qarışqa həm "Harry Potter" filmindəki düşmən qədər qorxunc, həm də qarışqa kimi incə bir quruluşa malikdir. İkisi də kölgədə yaşayır"
Oxşar xəbərlər
Alimlərdən ŞOK KƏŞF: Artıq asanlıqla kökəlməyəcəksiniz
Mütəxəssislər siçanlar üzərində apardıqları araşdırmada yağ hüceyrələrinin enerji yandırmaq qabiliyyətini itirməsinə tək bir genin cavabdeh olduğunu aşkar edibl...
