Hakimliyə namizədlər üçün növbəti test imtahanı keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.
Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi prioritet istiqamətlərdən biridir.
"İmtahan beynəlxalq və yerli müşahidəçilərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə təşkil olunub. Namizədlər nəticələrini imtahanı başa vurduqdan dərhal sonra əldə edəcəklər. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq", - deyə K.Mansurov əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...