Hakan Fidan: Türkiyə İlham Əliyevin bölgədə sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H.Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb:
"Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...