Hakan Fidan: “Son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”
14
dek
2023
16:07
“BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, münaqişənin əvvəlində bitərəf qalan bir çox ölkə də sonradan fikrini dəyişərək Fələstinin yanında yer alıb:
“ABŞ-nin isə artıq BMT-də Qəzza ilə bağlı qərarların qarşısında yer almamağını istəyirik. Fələstinlilərə qarşı zülm sona çatmalıdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...