Hakan Fidan: "Rusiya ABŞ-nin gözündə əlverişsiz vəziyyətə düşə bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya və Ukraynanın mümkün atəşkəs rejiminin həyata keçirilməsinə dair fərqli tələbləri var və hazırda bu məsələlər razılaşdırılmalıdır".
Bu barədə TRT telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.
"Əlbəttə, burada ABŞ də mühüm rol oynayır. ABŞ Prezidenti Donald Trampın iradəsi var, o, atəşkəsi dərhal görmək istəyir.
Hazırda Ukrayna və Avropa tərəfi Vaşinqtonun mövqeyinə uyğunlaşmaqda çeviklik nümayiş etdirirlər. Əgər Rusiya eyni səviyyədə uyğunlaşma və çeviklik göstərməsə, faktiki olaraq ABŞ-nin gözündə əlverişsiz vəziyyətə düşə bilər", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...