Hakan Fidan Berlinə gedir
01
noy
2023
19:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyanın paytaxtı Berlinə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər (XİN) məlumat yayıb.
Qeyd edilib ki, nazir Avropa İttifaqının (Aİ) Genişlənməsi üzrə Nazirlər Konfransında iştirak edəcək.
Konfransda Aİ-nin genişlənmə strategiyasının əsas dinamikası, həm Aİ, həm də namizəd ölkələr tərəfindən atılması vacib olan addımlar müzakirə olunacaq.
Oxşar xəbərlər
Fidan Blinkenlə Qarabağdakı son hadisələri müzakirə ediblər - YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisə...