Hakan Fidan Azərbaycana səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə iyulun 5-6-da Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə qatılacaq.
Hakan Fidan iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacaq.
Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...