Hakan Fidan: Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji prioritetdir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji və siyasi prioritetdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üç ölkənin birgə fəaliyyəti təkcə bu ölkələrin mənfəəti ilə bağlı deyil:
"Bu gün üç ölkənin XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə edib. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr zamanında üç ölkənin təsis etdiyi sülh şəraiti və iş birliyi həqiqi strateji dəyər ifadə edir".
O qeyd edib ki, bundan sonrakı hədəf enerji, nəqliyyat, əlaqələr cəhətdən daha bütünləşən bir bölgə inşa etməkdir.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...