Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirlər Yaxın Şərqdəki mövcud vəziyyəti və gərginliyin azaldılmasının mümkün yollarını müzakirə ediblər.
"Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla (İranın - red.) bağlı ciddi narahatlıq ifadə edilib", - məlumatda vurğulanıb.
XİN rəhbərləri həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
"Danışığın yekunlarına əsasən, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub", - Qazaxıstan XİN qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...